Tomasson: "Qapıçıdan çox razıyam"
İsveç millisinin baş məşqçisi Yan Dal Tomasson bizimlə matçdan sonra müsahibə verib.
90plus.az xəbər verir ki, Skandinaviya ölkəsinin baş məşqçisi bunları deyib:
"Nəticədən razıyam. Kifayət qədər şanslar əldə etdik. Bəzi çatışmazlıqlar vardı. Topu itirəndən sonra futbolçularım mövqelərini tuta bilmirdilər. Bunun üzərində işləməliyik. Qapıçının çıxışından razıyam. Ona növbəti oyunlarda da şans verəcəyəm".
"Bakıda belə nəticə qazanmaq, məncə, həm çox çətin, həm də təqdirəlayiqdir. Penaltidən qol buraxsaydıq belə, daha sonra yaratdığımız təhlükəli vəziyyətlərdən istifadə edə bilərdik",
© Copyright 2026, All Rights Reserved