Türkiyə Super Liqası: VAR-da nəzarətə nəzarət olacaq
Türkiyə Super Liqasında yeni mövsümdən VAR hakimlərinə də nəzarət olunacaq.
90plus.az xəbər verir ki, Türkiyə Super Liqasında 2025/26 mövsümündən etibarən VAR otaqlarına da nəzarət sistemi tətbiq ediləcək.
Mərkəzi Hakimlər Komitəsinin (MHK) sədri Ferhat Gündoğdu Ekol TV-yə açıqlamasında bildirib ki, artıq ilk turdan etibarən VAR otağında bir müşahidəçi fəaliyyət göstərəcək:
“Bunun iki əsas məqsədi var: Birincisi, VAR otağında proseslərin təlim məqsədilə aparılıb-aparılmadığını qiymətləndirmək; ikincisi isə hər bir sistemin nəzarət altında olması zərurətidir”.
Bu qərarla Türkiyə Futbol Federasiyası həm texniki, həm də idarəçilik baxımından VAR sisteminin işinə şəffaflıq gətirməyi hədəfləyir.
© Copyright 2026, All Rights Reserved