Türkiyəli jurnalist 750 min dollar təzminatı “Beşiktaş”a fəda etdi
Sergen Yalçının “Beşiktaş”a gəlişi ilə bağlı maraqlı detal üzə çıxdı.
90plus.az xəbər verir ki, “Beşiktaş”ın baş məşqçi postuna təyin olunan Sergen Yalçınla bağlı diqqətçəkən məqam ortaya çıxıb.
Məlum olub ki, avqustun 31-də “Kafa Sports” onlayn kanalında Sergen Yalçınla Candaş Tolga Işıkın ortaq proqramı yayımlanmalı idi. Müqaviləyə əsasən, məşqçi layihədən ayrılacağı halda 750 min dollar təzminat ödəməli idi.
Lakin “Beşiktaş” prezidenti Serdar Adalı məsələnin maliyyə tərəfi ilə maraqlanmaq üçün Candaş Tolqa ilə əlaqə saxlayıb. Jurnalist isə cavabında: “Mən ‘Beşiktaş’dan bir qəpik də almaram” deyərək təzminat maddəsini ləğv edib.
Beləliklə, Yalçının “Kafa Sports” layihəsindən ayrılaraq “Beşiktaş”ın sükanı arxasına keçməsinin qarşısında heç bir maliyyə maneəsi qalmayıb.
🔗 Mənbə: Fırat Günayer (TRT Spor / Sports Digitale)
© Copyright 2026, All Rights Reserved