Təxirə salınmış oyun bu tarixdə
La Liqanın 27-ci turundan təxirə salınmış “Barselona” - “Osasuna” oyununun yeni tarixi bəlli olub.
90plus.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyası açıqlama yayıb.
Matç martın 27-də keçiriləcək və Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Qeyd: Qarşılaşma əvvəlcə martın 8-də baş tutmalı idi. Lakin Kataloniya klubunun həkimi Karles Minarro Qarsianın vəfatı səbəbindən təxirə salınmışdı.
© Copyright 2026, All Rights Reserved