Ukrayna Avropa çempionatları tarixinə düşüb

Ukrayna Avropa çempionatları tarixində 4 xalla qrupda qalan ilk komandadır.
90plus.az xəbər verir ki, dünyanın ən qəribə qrupu Avro-2024-də idi: Rumıniya 4 xalla lider oldu, Ukrayna isə 4 xalla mübarizədən kənarlaşdırıldı.
Ukrayna 0 - 0 Belçika
matçında qapılara qol vurulmadı, görüş heç-heçə başa çatıb.
Bununla da hər iki komandanın xalları 4-ə yüksəlib.
Slovakiya 1 - 1 Rumıniya
matçı heç-heçə başa çatdıqdan sonra bütün komandalar qrupu 4 xalla tamamladı.
Lakin Rumıniya çox qol vurduğu üçün qrupu lider kimi başa vurdu. Top fərqi 1 olan Belçika qrupda ikinci olub növbəti mərhələyə yüksəldi.
Top fərqi 0 olan Slovakiya ən yaxşı üçüncü yerlər sırasında yer almağı bacardı. Ukrayna isə -2 top fərqi ilə turnirlə vidalaşdı.

© Copyright 2026, All Rights Reserved