Valverde: "O, ən yaxşılar sırasındadır"
Federiko Valverde komanda yoldaşı Mbappeyə təriflər yağdırdı.
90plus.az xəbər verir ki, o, komanda yoldaşının tənqid olunmasına reaksiya verib:
"Hamımız onun necə oyunçu olduğunu bilirik. Dünyanın ən yaxşı futbolçuları arasındadır. Onunla eyni meydanda olmaq xoşbəxtlikdir. Hər məşqdə, oyunda diqqət mərkəzində olur.
Bura gəlməzdən əvvəl haqqında çox danışıldı. Ancaq o, performansı ilə hər kəsi susdurdu".
© Copyright 2026, All Rights Reserved