Van Deyk transfer barədə danışdı
“Liverpul”un kapitanı Vircil van Deyk klubu ilə yeni müqavilə imzalayıb-bağlamayacağı haqda danışıb.
90plus.az xəbər verir ki, 33 yaşlı müdafiəçi buna hələ qərar vermədiyini söyləyib:
"İnanın, gələn mövsüm də nə olacağını bilmirəm. Bəli, pərdəarxası müzakirələr gedir, amma fikrim çempionluq üçün qalan 10 matçımızdadır”.
Qeyd: Niderlandlı futbolçu 2018-ci ildən "Qırmızılar"ladır: müdafiədən çıxış edən Deyk 226 oyunda 19 qol da vurub.
© Copyright 2026, All Rights Reserved