Xavyer Tebas: “Klubların Dünya Kubokunu ləğv etməyə çalışacam”
Xavyer Tebas: “Klublararası Dünya Çempionatının bir daha keçirilməməsi üçün çalışacağam”.
90plus.az xəbər verir ki, La Liqa prezidenti Xavyer Tebas Klubların Dünya Çempionatı barədə sərt mövqe nümayiş etdirib. O, turnirin klublar üçün maliyyə baxımından cəlbedici olsa da, futbolun rəqabət mühitinə və təqvimə zərər verdiyini bildirib.
“Klublararası Dünya Çempionatının bir daha keçirilməməsi üçün əlindən gələni edəcəyəm. Bu turnir iştirakçı klublara gələn pulla rəqabət mühitini pozur. Yarış bütün komandaların təqvimini zədələyir”, – deyə Tebas vurğulayıb.
La Liqa rəhbəri əlavə edib ki, turnirdən klubların əldə etdiyi böyük gəlir daha çox istirahət və hazırlıq tələbləri ilə ziddiyyət təşkil edir:
“Daha çox istirahət günü istəyirlər, amma Klublararası Dünya Çempionatından 140 milyon avro qazana bilirlər — bu, “Deportivo Alaves”in büdcəsinin iki qatıdır — sonra isə hazırlıq üçün vaxt tələb edirlər.”
Qeyd: Bu mövzu son aylarda Avropa klubları arasında da geniş müzakirə olunur.
© Copyright 2026, All Rights Reserved