Yayda Musleraya 2 qol vurdu, indi "Qalatasaray"a gəlmək istəyir
"Yanq Boys"da vurduğu 2 qolla "Qalatasaray"ı Çempionlar Liqasından uzaqlaşdıran Joel Monteiro indi İstanbul klubuna keçə bilər.
90plus.az xəbər verir ki, Super Liqada mövsümə çempionluq şüarı ilə başlayan "Qalatasaray" qış transfer dönəmi üçün heyət gücləndirmə işlərinə başlayıb. Bu çərçivədə sarı-qırmızılılara Joel Monteiro təklif edilib.
"Yanq Boys" forması geyinən 25 yaşlı yarımmüdafiəçi Joel Monteiro menecerlər vasitəsilə "Qalatasaray"a təklif olunub.
Joel Monteiro, Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Fernando Musleraya iki qol vurmuş və "Yanq Boys" həmin matçı 3-2 hesabı ilə qazanmışdı.
© Copyright 2026, All Rights Reserved