"Yuventus"un futbolçusu mövsümü başa vurdu
"Yuventus"un müdafiəçisi mövsümü başa vurdu.
90plus.az xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinin 2-ci həftəsində "Yuventus", 10 nəfərlə qaldığı "Leyptsiq" səfərindən 3 xalla qayıtdı.
İtalyan komandasının qollarını Dusan Vlahoviç (2) və Fransisko Konseysao vurdu, "Leyptsiq"in qolları isə Benyamin Seskodan (2) gəldi.
BREMER ZƏDƏLƏNDİ, MÖVSÜMÜ BAŞA VURDU
Qarşılaşmanın elə əvvəlində "Yuventus"da Bremer dizindən zədələndi.
Braziliyalı futbolçu oyuna davam edə bilmədi və yerini Federiko Qattiyə buraxdı.
"Yuventus"dan bu gün edilən açıqlamada Bremerin çarpaz bağlarının qopduğu və əməliyyat olunacağı bildirildi.
Bremerin 6-7 ay meydanlardan uzaq qalacağı və mövsümün qalan hissəsində forma geyinməyəcəyi gözlənilir.
© Copyright 2026, All Rights Reserved