"Zirə" tarixində ilk dəfə Konfrans Liqasının pley-offunda
"Zirə" "Osiyek" səddini qapıçı Tiaqo Silvanın qurtarışları ilə keçdi.
90plus.az xəbər verir ki, UEFA Konfrans Liqasında Azərbaycan təmsilçisi "Zirə" Xorvatiyanın "Osiyek" klubunu Bakıda sınağa çəkib. İlk oyunda 1-1-ə razılaşan rəqiblər bu dəfə də 90 dəqiqə ərzində güclünü müəyyən edə bilməyiblər. Hərəyə 2 dəfə fərqlənməyi bacaran tərəflər əlavə vaxta gediblər.
Əlavə vaxtda qol olmayınca cütün qalibi penalti lotoreyasından sonra bəlli olub. "Zirə"nin qapıçısı Tiaqo Silvanın inanılmaz oyunu ilə penaltilər seriyasında 2-1 qalib gələn "qartallar" növbəti mərhələyə vəsiqə qazanıb.
Zirə (Azərbaycan) 2 - 2 Osiyek (Xorvatiya)
V.Yuqoviç 37'
Q.Alıyev 54'
A.Matkoviç 81'
D.Valkov 90'
Penaltilər (2-1)
Qeyd: "Zirə" komandasını pley-offda Kiprin "Omonia" klubu gözləyir.
Qolların videoları:
https://t.me/doxsanplus/87212
https://t.me/doxsanplus/87215
https://t.me/doxsanplus/87216
https://t.me/doxsanplus/87218
© Copyright 2026, All Rights Reserved