"Çelsi" və "Benfika" növbəti mərhələdə
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib. 90plus.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib. Bununla da 1/4 finalın 2 iştirakçısının adına aydınlıq gəlib. "Benfika" Portuqaliyada Belçika "Brügge"si ilə üz-üzə gəlib. "Benfika" "Brügge"ni 5:1 hesabı ilə darmadağın edib. İlk görüşdə də Lissabon təmsilçisi rəqibini məğlub edib - 2:0. Nəticədə "Benfika" 1/4 finala adlayıb. "Çelsi" doğma meydanda "Borussiya"nı (Dortmund) qəbul edib. Görüş 00:00-da başlamalı olsa da, Dortmund təmsilçisini daşıyan avtobusun matçın oynanılacağı "Stemford Bric" stadionuna gələrkən yolda tıxaca düşməsinə görə 10 dəqiqə gec start götürüb. "Çelsi" bu oyunda "Borussiya"ya 2:0 hesabı ilə qalib gəlib. Dortmunddakı ilk matçda meydan sahibləri 1:0 hesablı qələbə qazanıblar. İki oyunun cəmində "Çelsi" 1/4 finala vəsiqə əldə edib. UEFA Çempionlar Liqası, 1/8 final, cavab oyunları 7 mart 00:10. "Çelsi" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya) - 2:0 Qollar: Sterlinq, 44 (1:0), Havertz, 53-pen. (2:0) Hakimlər: Denni Makkeli, Rocier Honiq, Yan de Vrays, Yoxem Kampuis (Niderland)İlk oyun - 0:1London, "Stemford Bric" stadionu 00:00. "Benfika" (Portuqaliya) - "Brügge" (Belçika) - 5:1 Qollar: Silva, 38 (1:0), Ramos, 45+2 (2:0), 57 (3:0), Mario, 71-pen. (4:0), Neres, 78 (5:0), Meiyer, 88 (5:1) Hakimlər: Halil Umut Meler, Mustafa Emre Eyisoy, Cevdet Kömürcüoğlu, Abdulkadir Bitigen (Türkiyə)İlk oyun - 2:0Lissabon, "Eştadiu du Benfika" stadionu 8 mart 00:00. "Bavariya" (Almaniya) - PSJ (Fransa) Hakimlər: Daniele Orsato, Çiro Karbone, Alessandro Yallatini, Mauritsio Mariani (İtaliya). İlk oyun - 1:0. 00:00. "Tottenhem" (İngiltərə) - "Milan" (İtaliya) Hakimlər: Kleman Turpin, Nikolas Danos, Bejamin Paqes, Jeremie Piqnard (Fransa) İlk oyun - 0:1 14 mart 00:00. "Portu" (Portuqaliya) - "İnter" (İtaliya) İlk oyun - 0:1 00:00. "Mançester Siti" (İngiltərə) - "Leyptsiq" (Almaniya) İlk oyun - 1:1 15 mart 00:00. "Napoli" (İtaliya) - "Ayntraxt" (Frankfurt, Almaniya) İlk oyun - 2:0. 00:00. "Real" (Madrid, İspaniya) - "Liverpul" (İngiltərə) İlk oyun - 5:2