2 güləşçimiz dünya çempionu olub
Azərbaycanın 17 yaşlı 2 güləşçisi (yunan-Roma) İordaniyanın Amman şəhərində dünya çempionu olub!
90plus.az xəbər verir ki, Turan Daşdəmirov (51 kq) və Ayxan Cavadov (60 kq) qızıl medala seviniblər.
Final görüşlərində Daşdəmirov qırğızıstanlı Kutman Kalbayevə, Cavadov isə gürcüstanlı Vaxtanq Loluaya qalib gəlib.
Beləliklə, Azərbaycanın yunan-Roma güləşçiləri komanda hesabında dünya çempionatının üçüncüsü olublar.
Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında dünya çempionatında iştirak edən komandamız 3 medal qazanıb.
Turan və Ayxanın qızılından vaşqa Əmrah Əmrahov (48 kq) da bürünc medal əldə edib.
Mənbə: Azərbaycan Güləş Federasiyası
© Copyright 2026, All Rights Reserved