A Seriyası ABŞ-a köçür
İtaliya A Seriyasının oyunları Amerika Birləşmiş Ştatlarında keçirilə bilər.
90plus.az xəbər verir ki, bu barədə qurumun rəhbəri Ezio Simonelli açıqlama verib.
O, ABŞ-da matçlar təşkil edən ilk liqa olmağı hədəflədiklərini vurğulayıb:
“Biz bu cür tədbiri ABŞ-da keçirən ilk liqa olmaq istəyirik. Bu, bizim böyük ümidlər bəslədiyimiz bir bazardır. 9 klubumuz ABŞ-a, biri isə Kanadaya məxsusdur. Buna görə də seçimlərinə görə onlara təşəkkür etməliyəm. Bundan əlavə, digər potensial alıcılarımız da var."
Qeyd: Hazırda İtaliya çempionatının turnir cədvəlinə 58 xalla “İnter” başçılıq edir. “Napoli” 57 xalla ikinci, “Atalanta” isə 55 xalla üçüncü pillədə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved