Adı "Qalatasaray"la anılan futbolçu "Fənər"də qalacaq
"Fənərbağça"da İrfan Can Kahveci kimi, mövsüm sonunda müqaviləsi bitəcək bir digər isim Braytt Osayi-Samuel...
90plus.az xəbər verir ki, sarı-lacivərti rəhbərlik, Nigeriyalı sağ cinah müdafiəçisi ilə müqaviləni uzatmaq istəyir. Axırıncı dəfə menecer ilə aparılan görüşdə hər hansı bir nəticə əldə edilməmişdi.
"QALATASARAY" İDDİALARI VAR İDİ
Osayi-Samuelin "Qalatasaray" ilə razılaşdığı və mövsüm sonunda sarı-qırmızılılarla müqavilə imzalayacağı iddia edilmişdi. Gələn reaksiyalar üzərinə "Fənərbağça" rəhbərliyi dünən futbolçu ilə bir görüş keçirdi və vəziyyətin doğru olub-olmaması ilə bağlı suallar verdilər.
Nigeriyalı futbolçu isə "Belə bir vəziyyət yoxdur. Mənim qəlbim 'Fənərbağça'da qalmaqdan yanadır" cavabını verdi. Futbolçunun meneceri bir daha İstanbula dəvət edildi.
Mənbə: FOTOMAÇ
© Copyright 2026, All Rights Reserved