Albert Riera: "Meydanda güclü biz idik"
"Çelye"nin baş məşqçisi Albert Riera: "Meydanda daha güclü tərəf biz idik"
90plus.az xəbər verir ki, UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Sabah" Sloveniya təmsilçisi "Çelye"yə məğlub olub. Oyundan sonra qonaqların baş məşqçisi jurnalistlərin qabağına çıxıb:
"Düşünürəm ki, meydanda güclü tərəf biz idik. Yəqin ki rəqib baş məşqçi də bizimlə razılaşar. Səhvlərimizi düzəltməyə çalışacağıq. Bizi qarşıda 90 dəqiqə gözləyir. Hələ heç nə bitməyib. Cavab görüşünə sanki hesab 0:0 imiş kimi başlayacağıq".
O, cavab matçında bərabərlik qeydə alınarsa penaltilərə hazır olduqlarını bildirib:
"Hesabda bərabərlik olarsa, penaltilərə hazırıq. Amma düşünmürəm ki, futbolçuların beyninə indidən bunu yeritməliyəm".
© Copyright 2026, All Rights Reserved