Alman nəhəngi daha bir müdafiəçisini itirdi
"Bayern Münhen" klubunun daha bir futbolçusu zədələnib.
90plus.az xəbər verir ki, Dayot Upamekano xəsarət aldığı üçün heyətdən kənarda qalıb.
Fransa millisinin tərkibində dizindən zədə alan müdafiəçinin bir neçə həftə oynaya bilməyəcəyi qeyd olunub. Almaniya mətbuatının məlumatına görə isə, o, ən azı bir ay meydanlardan uzaq qalacaq.
Xatırlatma: Münhen klubunun digər müdafiəçisi Alfonso Deyvis də Kanada yığmasında çarpaz bağlarından ciddi zədə alıb. Onun təxminən altı ay futbol oynaya bilməyəcəyi gözlənilir.
© Copyright 2026, All Rights Reserved