Amorim: “Bruno heç yerə getməyəcək”
Bruno Fernandeşin "Real Madrid"lə adının hallanması Ruben Amorimi narahat edib.
90plus.az xəbər verir ki, "Qırmızı Şeytanlar"ın çalışdırıcısı bu barədə sərt və qəti açıqlama verib:
"Bu baş verməyəcək. O, heç yerə getməyəcək. Biz bir gün yenidən Premyer Liqanı qazanmaq istəyirik, ona görə də ən yaxşı oyunçuların bizimlə qalmasını istəyirik. Bruno getməyəcək, mən bunu artıq ona demişəm."
Qeyd: Fernandeş klubu üçün son 7 matçda 7 qol vurub və 3 məhsuldar ötürmə edib. Premyer Liqada 30 yaşlı portuqaliyalının 31 qola töhfə verməsini (məhsuldar ötürmə + qol) yalnız Mohamed Salah (54) və Erling Haaland (33) üstələyir.
Yunayted uğursuz mövsümdən geri qayıtmaq üçün planı Fernandeş ətrafında qurmalıdırlar. O, "Yunayted"in ən ardıcıl oyunçusudur və onu saxlamaq üçün əllərindən gələni etməlidirlər.
📰: Sky Sports
© Copyright 2026, All Rights Reserved