Ançelottidən Arda Gülere rədd cavabı
Arda Güler mövsümün əvvəlində “Real Madrid”dən ayrılmaq niyyətində olub.
90plus.az xəbər verir ki, o, daha çox oynamaq imkanı qazanmaq üçün başqa bir kluba keçməyi planlaşdırıb. Bildirilir ki, Arda klubdan ayrılmaqda israr etsə də, prezident Florentino Peres və baş məşqçi Karlo Ançelotti onun getməsinə razılıq verməyiblər. Eyni zamanda, Dani Seballos da komandadan ayrılmaq istəsə də, Ançelotti ona da icazə verməyib.
Arda Gülerin mövsüm bitdikdən sonra klubdan ayrılması gözlənilir. Futbolçunun karyerasını İtaliyada davam etdirmək istədiyi və “İnter”in onun transferi üçün ciddi danışıqlar apardığı iddia olunur.
© Copyright 2026, All Rights Reserved