Ançelottidən Arda ilə bağlı qərar
Oktyabr ayındakı görüşü düşünməliyik, çünki bizi məğlub etdilər. Olanları dəyərləndirəcəyik. “El-Klassiko” həmişə bir “Klassikodur” və final oyunu olduğu üçün daha çox təzyiq var.
90plus.az xəbər verir ki, bunu “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti sabah keçiriləcək İspaniya Superkubokunun final matçını şərh edərkən deyib.
K.Ançelotti heyətdə sürpriz etməyəcəyini bildirib. Bu isə Türkiyə millisinin üzvü Arda Gülərin sabahkı qarşılaşmada əsas heyətdə yer almayacağına bir işarədir.
Qələbə qazanmaq şansını dəyərləndirən Ançelotti keyfiyyətin komanda balansından daha çox önəmli olduğunu bildirib.
Qeyd: Sözügedən görüş sabah Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
© Copyright 2026, All Rights Reserved