Arda Güler assist etdi, "Real" finala çıxdı
“Real Madrid” Kral Kuboku finalına vəsiqə qazandı.
90plus.az xəbər verir ki, İspaniya Kubokunun ilk yarımfinal cütünün cavab qarşılaşmasında Madridin "Real"ı Sosyedadın "Real"ı ilə qarşılaşıb. Komandalar arasında ilk oyun madridlilərin minimal hesablı qələbəsi ilə başa çatmışdı. Bu oyunda isə 90 dəqiqə qonaqların 4-3-lük üstünlüyü ilə başa çatdı və oyun əlavə vaxta getdi.
Əlavə vaxtda Arda Gülerin küncdən ötürməsinə Rüdiger "baş işlətdi" və "Real Madrid" finala çıxdı.
Real Madrid 4 - 4 Real Sosyedad
(Ümumi hesab: 5-4)
Barrenetxea 16’
Endrik 30’
D. Alaba 72’ (ö.q.)
Oyarzabal 80’ 90+3’
J. Bellingem 82’
Tchouameni 86’
Rüdiger 115'
Qeyd: Digər finalçı bu gün "Atletiko" - "Barselona" oyunundan sonra bəlli olacaq.
© Copyright 2026, All Rights Reserved