Arda Turan La Liqa komandasının sükanı arxasına keçməyi planlayır
Arda Turan La Liqa klubunun baş məşqçisi təyin oluna bilər.
90plus.az xəbər verir ki, türkiyəli mütəxəssis İspaniya La Liqasında Çempionlar Liqası səviyyəli bir klubla müqavilə bağlamaq ərəfəsindədir.
Onun 10 gün ərzində “Eyüpspor”dan ayrılması gözlənilir.
Arda Turan məşqçilik fəaliyyətinə 2023-cü ilin aprelində “Eyüpspor”da başlayıb.
Qeyd: Turan futbolçu karyerasında İspaniyanın “Atletiko” və “Barselona” komandalarının heyətində çıxış edib.
© Copyright 2026, All Rights Reserved