Arda Turandan fantastik başlanğıc - 6 qol vurdular
90plus.az xəbər verir ki, UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Şaxtyor Donetsk" yeni baş məşqçisi Arda Turan rəhbərliyində ilk rəsmi oyununa çıxıb. Ukrayna təmsilçisi Finlandiyanın "İlves" klubunu darmadağın edərək növbəti mərhələ üçün böyük üstünlük əldə edib.
Ljubljanada yerləşən "Stojiçe" stadionunda baş tutan qarşılaşmada "Şaxtyor" əzmkar oyunla rəqibini 6:0 hesabı ilə məğlub edib. İlk hissədə Alisson 26-cı, Kaua Elias isə 43-cü dəqiqədə fərqlənərək komandasını 2:0 hesabı ilə önə çıxarıb.
İkinci hissədə hücumlarını davam etdirən Ukrayna klubu Alissonun (47), Kevin (74), Pedrinyu (87) və "Nyuerton"un (90) qolları ilə hesabı 6:0-a çatdırıb və görüşdən inamlı qələbə ilə ayrılıb.
Bu nəticə ilə Arda Turan "Şaxtyor Donetsk"in sükanı arxasında ilk rəsmi oyununda qələbə sevinci yaşayıb. Qarşılaşmanın cavab oyunu 17 iyulda keçiriləcək.
Qalib gələn komanda növbəti mərhələdə "Beşiktaş"la qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved