"Ardanın zədəsindən xəbəriniz yoxdur" - Çalhanoğlu
Baş məşqçi Vinçenzo Montella Arda Gülərin Portuqaliya matçında ehtiyat oyunçular heyətində yer almasına və oyundan öncə məşqdə formasının əlindən alınıb məşqinə izn verməməsinə görə tənqid olunub.
90plus.az xəbər verir ki, komandanın kapitanı Hakan Çalhanoğlu mətbuat konfransında Arda Gülərin zədəsi ilə bağlı açıqlama verib.
Çalhanoğlu açıqlamasında "Arda bizim üçün çox dəyərlidir. Hər bir oyunçu dəyərlidir. Ardanın zədəsindən xəbəriniz yoxdur. Bu mövzuda məşqçini qorumalıyam. Məşqdən əvvəl bir zədə aldı. Son 20 dəqiqə üçün hazırlaşdı və bu səbəbdən ilk 11-də oynamadı" - deyə bildirmişdi.
Dünən isə Montellanın Portuqaliya matçına hazırlıq zamanı Arda Gülerə komanda ilə birlikdə məşq etməyə imkan verməməsi videosu ((VİDEO: https://t.me/doxsanplus/84793 ) türk mediasının gündəminə çevrildi, hətta məşhurlar italyan məşqçini tənqid etdilər. FOTO
© Copyright 2026, All Rights Reserved