"Arsenal"da şok itki - Mövsümü bağladı
İngiltərə Premyer Liqası təmsilçilərindən "Arsenal" klubunda çıxış edən 27 yaşlı braziliyalı müdafiəçi Qabriel Maqalyaeş zədə səbəbilə mövsümü erkən başa vurub.
90plus.az xəbər verir ki, klubdan verilən açıqlamada bildirilib: "Keçən çərşənbə axşamı "Fulhem" klubuna qarşı keçirilən oyunda Qabriel Maqalyaeş çarpaz bağlarından zədə alıb və əməliyyat olunmalıdır. Qabriel yaxın günlərdə bu zədə səbəbindən cərrahi müdaxilədən keçəcək və dərhal bərpa prosesinə başlayacaq. Məqsəd onun gələn mövsümün əvvəlində hazır olmasıdır."
Braziliyalı müdafiəçi bu mövsüm "Arsenal" klubunun Premyer Liqada keçirdiyi 30 oyunun 28-də start heyətində yer alıb.
"Arsenal", Premyer Liqada 61 xalla lider "Liverpul" klubundan 12 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.
© Copyright 2026, All Rights Reserved