Arteta: “Onun xüsusi bir varlığı, aurası var”
Mikel Arteta Bukayo Sakanın zədədən sonra uğurlu dönüşündən sonra futbolçunun inkişafını yüksək qiymətləndirib.
90plus.az xəbər verir ki, "Arsenal"ın "Uest Hem" ilə oyunu öncəsi danışan Arteta belə deyib:
“Onun rolu həm klub daxilində, həm komanda daxilində, həm də meydanda rəqiblərə qarşı daha da böyüyüb.
İndi hiss edirsən ki, onun xüsusi bir varlığı, aurası var. O, fərqli oyunçudur və istənilən anda oyunun taleyini dəyişə biləcək futbolçudur. Rəqibdə qorxu yaratması isə çox vacib amildir.”
Arteta əlavə edib:
“Son həftələrdə onun daha çox yanımızda olmasını istərdim. Amma vəziyyət belədirsə, onu ən yaxşı şəkildə istifadə etməliyik. O, meydana daha gümrah, motivasiyalı və fərqli emosional vəziyyətdə çıxacaq. Bu da komandaya ciddi təsir göstərə bilər.”
Saka yaxın zamanda Axilles tendonundan (topuğundan) aldığı zədədən qayıdıb və “Arsenal”ın "Fulhem" üzərində qələbəsində, eləcə də Çempionlar Liqasının yarımfinalında Atletico Madridə qarşı keçirilən oyunlarda qol vurub.
© Copyright 2026, All Rights Reserved