Asensioya tribunadan mahnı “bəstələdilər”
“Aston Villa”da keçirdiyi son 4 oyunda 5 qol vuran 29 yaşlı Marko Asensio tribunadan maraqlı nəğmə səsləndiriblər.
90plus.az xəbər verir ki, Çempionlar Liqasının 1/8 finalında Belçikada "Brügge"ni 3-1 hesabı ilə məğlub edən "Aston Villa"nın sonuncu qolunu vuran Asensioya mahnı qoşulub:
Mahnının sözləri:
"O, Madridə getdi, İspaniya liqasını qazandı...
Parisə getdi, yenə eynisini etdi...
O, sehrbazdır, sən bilmirsən...
Onun adı Marko, Marko Asensio…”
Qeyd: Asensio son 10 gündə 5 qol vurub:
1 qol "Brügge", 2 qol "Kardif"ə və 2 qol "Çelsi"yə!
© Copyright 2026, All Rights Reserved