"Atletiko"nun prezidenti: "Kurtua susmalıdır"
"Atletiko Madrid"in prezidenti Enrike Serezo "Real Madrid"in qapıçısı Tibo Kurtuanın Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçından sonra verdiyi açıqlamaya reaksiya verib.
90plus.az xəbər verir ki, klub prezidenti bu sözləri deyib:
"Tibo Kurtua susmalıdır. O, vaxtilə "Atletiko"da oynadığı üçün minnətdar olmalıdır. Çox yaxşı qapıçıdır, amma bizim kimi centlmen davranmalıdır".
Qeyd: Kurtua "Atletiko"nun futbolçularını "Real"la ÇL oyununda daim hakim qərarlarından narazılıq etməkdə ittiham etmişdi.
Həmin ittiham: https://90plus.az/kurtua-ozlrini-qurban-kimi-gostrib-sikayt-etmlrindn-yorulmusam/xeber/
İki komanda arasında keçirilən hər iki oyun 2:2 hesabı ilə başa çatıb. Penaltilər seriyasında "Real" 4:3 hesabı ilə qalib gəlib.
© Copyright 2026, All Rights Reserved