Avroliqa: “Sabah”ın oyun tarixləri bilinib
UEFA “Sabah”ın Avropa Liqasının I təsnifat mərhələsində “Selye” ilə keçirəcəyi oyunların təqvimini açıqlayıb.
90plus.az xəbər verir ki, ilk qarşılaşma iyulun 10-da Bakıda, “Bank Respublika Arena”da baş tutacaq. Görüş saat 20:00-da start götürəcək.
Cavab oyunu isə iyulun 17-də Sloveniyada keçiriləcək. Həmin matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
© Copyright 2026, All Rights Reserved