Avropa Liqası: Gecənin udanları-uduzanları
Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunları başa çatdı.
90plus.az xəbər verir ki, Avropa Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyun gününə yekun vurulub. Son oyun günündə 10 qarşılaşma keçirilib.
Arda Turanın çalışdırdığı “Şaxtyor” səfərdə “Panatinaikos”la qolsuz heç-heçə edib. Konfrans Liqasındakı “Araz-Naxçıvan” – “Omoniya” cütünün pley-off mərhələsindəki mümkün rəqibləri PAOK və “Volfsberq” arasında da hesab açılmayıb.
Cavab görüşləri avqustun 12-də başlayacaq.
Gecənin nəticələri:
Fredrikstad – Midtyulland 1:3
Linkoln – Noah 1:1
AEK – Legiya 4:1
ÇFR Kluj – Braqa 1:2
Hekken – Brann 0:2
PAOK – Volfsberq 0:0
Zrinjski – Breydablik 1:1
Panatinaikos – Şaxtyor Donetsk 0:0
Servett – Utrext 1:3
FKSB – Drita 3:2
© Copyright 2026, All Rights Reserved