Azarkeşlər Messini ələ saldılar!
Messiyə sürpriz reaksiya – Atlanta azarkeşləri argentinalı ulduzu ələ saldılar.
90plus.az xəbər verir ki, 2025 Klubların Dünya Çempionatının 1/8 finalında baş tutan “İnter Mayami” – PSJ qarşılaşmasında təkcə meydanda yox, tribunada da diqqətçəkən anlar yaşanıb. Mercedes-Benz Stadionunda keçirilən oyunda Lionel Messi azarkeşlərin gözləmədiyi reaksiyası ilə üzləşib.
MLS təmsilçisi PSJ-yə 0:4 hesabı ilə uduzaraq turnirlə vidalaşıb. Rəqibin ilk hissədə vurduğu 4 cavabsız qoldan sonra tribunadakı “Atlanta” azarkeşləri Messiyə qarşı ələ salan şüarlar səsləndiriblər. Onun top itkiləri, passiv oyunu və meydandakı təsirsizliyi bu reaksiyanın əsas səbəbi kimi göstərilir.
Qeyd: Messi və Luis Suares kimi superulduzlar PSJ-nin yüksək tempinə cavab verə bilməyib. Parislilər xüsusilə ilk hissədə dominant oyunla fərqlənib və artıq fasiləyə qədər görüşün taleyini həll ediblər.
66 minə yaxın azarkeşin izlədiyi qarşılaşmada stadionda əsl futbol dramı yaşanıb. Səssiz qalan “İnter Mayami” hücum xətti, azarkeşlərin səbrini tükəndirib. Messi ətrafında yaranan atmosfer isə onun gələcək çıxışlarına da təsir edə bilər.
PSJ bu qələbə ilə 1/4 finala yüksəlib və “Bayern” və ya “Flamenqo” ilə qarşılaşacaq. “İnter Mayami” isə böyük ümidlərlə gəldiyi turniri sönük şəkildə başa vurdu.
© Copyright 2026, All Rights Reserved