Azərbaycan voleybolçuları erməniləri üstələdilər
Çimərlik voleybolu üzrə Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edən kişilərdən ibarət Azərbaycan cütlüyü bu gün ilk oyununu keçirib.
90plus.az xəbər verir ki, Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan yarışda komandamızın rəqibi Ermənistan təmsilçisi olub.
Heydər Məmmədli - Nəriman Bayramlı cütlüyü hər iki hissəni üstün başa vuraraq 2:0 (21:15, 21:13) hesabı ilə qalib gəlib.
Qeyd: Voleybolçularımızın növbəti rəqibi Ukrayna komandası olacaq.
Mənbə: idman.biz
© Copyright 2026, All Rights Reserved