Barış Alperdən rəqibə gözdağı: "Bunu "Tottenhem" də bilir"
"Qalatasaray"ın türkiyəli futbolçusu Barış Alper Yılmaz marka elçisi olduğu şirkətin təşkil etdiyi yeni Futbol kolleksiyasının təqdimatında iştirak edib.
90plus.az xəbər verir ki, Beyoğludakı məkanda keçirilən təşkilata "Qalatasaray" Klubunun prezidenti Dursun Özbek, baş məşqçi Okan Buruk, sarı-qırmızı komandanın oyunçuları Lukas Toreyra, Fernando Muslera, Kerem Demirbay, Günay Güvənç və "Kasımpaşa"nın oyunçusu Sadık Çiftpınar da qatılıb.
Tədbirdə çıxış edən Barış Alper Yılmaz, “Bu xüsusi gecəmdə məni tək qoymadığınız üçün təşəkkür edirəm. Dünya səviyyəli bir markanın bir hissəsi olduğum üçün çox xoşbəxtəm,” deyə fikirlərini ifadə edib.
Barış Alper çıxışından sonra xatirə şəkli çəkdirib.
Türkiyəli futbolçu gündəmlə bağlı mətbuat nümayəndələrinə etdiyi açıqlamada isə bunları deyib:
“İlk növbədə, bu gün məni tək qoymayan hər kəsə təşəkkür edirəm. Çox xoşbəxt və həyəcanlıyam. Hazırda çalışır və mübarizə aparıram. Məqsədlərim, əlbəttə, var, inşallah həyata keçər. Çox çalışıb, inşallah, uğur qazanacağıq. "Tottenhem" matçı üçün hazırlıqlarımız davam edir. Komandamızın motivasiyası çox yaxşıdır. "Qalatasaray"ın Avropada nələr etdiyini dünya bilir. Biz də o oyuna layiq şəkildə çıxış edərək, inşallah, qalib gələcəyik və azarkeşlərimizi sevindirəcəyik. Komanda olaraq uğurluyuq. Mən də komandama kömək etməyə çalışıram. İnşallah, bu il də çempion olmağı hədəfləyirik. Mənim üçün mövqe fərq etmir. Məşqçim harada şans verərsə, yeganə düşüncəm komandama töhfə verməkdir.”
© Copyright 2026, All Rights Reserved