“Barselona” Hansi Fliklə anlaşıb
“Barselona” Hansi Fliklə yeni müqavilə razılaşmasına yaxındır.
90plus.az xəbər verir ki, "Barselona" baş məşqçi Hansi Flik ilə yeni müqavilə barədə razılığa gəlib.
İtaliyalı jurnalist Fabrizio Romano “Mundo Deportivo”nun xəbərlərini təsdiqləyərək bildirib ki, tərəflər arasında şifahi razılaşma bir neçə həftə əvvəl əldə olunub və bütün detallar artıq təsdiqlənib.
Yeni müqavilə 2028-ci ilin iyununa qədər qüvvədə olacaq, əlavə olaraq 2029-cu ilə qədər uzadılma opsiyası da nəzərdə tutulur. Razılaşma futbolçunun agenti Pinhas Zahavi ilə Barselonada aparılan danışıqlardan sonra yekunlaşıb.
Romano qeyd edib ki, artıq yalnız rəsmi imzaların atılması qalıb və bu proses yaxın zamanda tamamlanacaq.
© Copyright 2026, All Rights Reserved