“Barselona” tarixində ilk dəfə El Klassiko oyunu ilə çempion oldu
“Barselona” ilk dəfə El-Klasikoda çempion oldu – Flikin komandası tarix yazdı.
90plus.az xəbər verir ki, "Barselona" İspaniya La Liqasının 35-ci turunda əzəli rəqibi "Real Madrid" üzərində 2:0 hesablı qələbə qazanaraq ardıcıl ikinci dəfə ölkə çempionu olub.
Kataloniya təmsilçisi bununla tarixində ilk dəfə El-Klasikoda qazandığı qələbə ilə La Liqa çempionluğunu rəsmiləşdirib. Bu hadisə indiyədək baş verməmişdi:
Barselona 2 - 0 Real Madrid
M. Reşford 9’
F. Torres 18’
Qollar: https://t.me/doxsanplus/116875
Kataloniya klubu bu mövsüm evdə keçirdiyi bütün 18 liqa oyununda qələbə qazanaraq möhtəşəm statistika ilə diqqət çəkib.
Baş məşqçi Hansi Flik üçün isə bu çempionluq emosional baxımdan xüsusi əhəmiyyət daşıyıb. Atasının vəfat etdiyi gündə komandasının yanında olan alman mütəxəssis matçdan sonra bunları deyib:
“Mən bu günü heç vaxt unutmayacağam. Azarkeşlərə təşəkkür edirəm. Çox xoşbəxtəm”.
Flik 2024-cü ildən bəri “Barselona” ilə artıq 5-ci titulunu qazanıb. Alman çalışdırıcının rəhbərliyi altında klub iki dəfə La Liqa, bir dəfə İspaniya Kral Kuboku və iki dəfə İspaniya Superkubokunun qalibi olub.
“Barselona” bununla 2026-cı ildə ardıcıl ikinci El-Klasiko qələbəsini də aktivinə yazıb.
© Copyright 2026, All Rights Reserved