"Barselona"nın futbolçusu 3 həftəlik sıradan çıxdı
"Barselona" klubunun müdafiəçisi Alexandro Balde La Liqanın son turunda "Leqanes"ə qarşı baş tutan matçda (1:0) zədələnib.
90plus.az xəbər verir ki, komandanın baş məşqçisi Hans-Diter Flik ilk hissənin sonlarına yaxın 21 yaşlı futbolçunu meydandan çıxarmağa məcbur olub.
Balde bud nahiyəsindən aldığı zədə səbəbilə ən azı üç həftə oyunlardan uzaq qalacaq.
Xatırlatma: İspaniyalı müdafiəçi bu mövsüm "Barselona" forması ilə ümumilikdə 43 qarşılaşmada iştirak edib, 1 dəfə rəqib qapısından top keçirib və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2026, All Rights Reserved