"Barselona"nın futbolçusu yenə qeyblərə qarışdı
"Barselona"nın müdafiəçisi Andreas Kristensen zədə alıb.
90plus.az xəbər verir ki, 28 yaşlı futbolçu məşq zamanı xəsarət alıb. Bu haqda klubun mətbuat xidməti xəbər yayıb.
Danimarkalı futbolçunun sağ ayağının baldır əzələsindəki əvvəlki zədəsi yenidən baş qaldırıb. Buna görə də Kristensenin təxminən 3-4 həftə meydandan uzaq qalacağı bildirilir.
Xatırlatma: Ötən ilin noyabrında ayaq vətərindən əməliyyat olunan müdafiəçi bir həftə əvvəl əvvəlki zədəsini bərpa etmişdi.
© Copyright 2026, All Rights Reserved