Basketbol millimiz Avropa çempionu olub
Azərbaycan U-16 basketbol millisi Avropa çempionatının qalibi oldu.
90plus.az xəbər verir ki, Avropa çempionatının C divizionunda final matçında Kipr yığması ilə üz-üzə gələn Evren Alkayanın yetirmələri 69:52 hesablı qələbə qazanıblar.
Azərbaycan yığması bu nəticədən sonra ardıcıl ikinci dəfə Avropa çempionu olub.
VİDEO: https://t.me/doxsanplus/86041
Azərbaycan millisinin basketbolçusu Angelina İsmayılova isə Avropa çempionatının ən dəyərli oyunçusu seçilib. FOTO
Mənbə: Azərbaycan Basketbol Federasiyası
© Copyright 2026, All Rights Reserved