“Bayern” Noyeri itirdi
Manuel Noyer bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq.
90plus.az xəbər verir ki, ”Bayern Münhen”in qapıçısı Çempionlar Liqasının 1/8 finalında “Bayer Leverkuzen” ilə oyunda (3:0) Camal Musialanın qolunu qeyd edərkən zədə alıb. O, 58-ci dəqiqədə 21 yaşlı Jonas Urbig ilə əvəzlənib.
Noyer “Bayer Leverkuzen” ilə cavab görüşü daxil olmaqla minimum 3-4 matçda komandasına kömək edə bilməcəyək. Urbig bu müddətdə “Bayern”in əsas qapıçısı olacaq.
📰: Florian Plettenberg
© Copyright 2026, All Rights Reserved