Bellingem Harri Keyni təriflədi
Cud Bellinqem qarşıdan gələn Çempionlar Liqası oyunu öncəsi Harri Keyni tərifləyib və onu “fantastik oyunçu” adlandıraraq həm klub, həm də milli səviyyədəki təsirini vurğulayıb.
90plus.az xəbər verir ki, Bellinqem eyni zamanda Keynin hazırkı komandasının Bundesliqanı qazanmaq üçün əsas favorit olduğunu bildirib. Bununla belə, qardaşı Coub Bellinqemin “Borussiya Dortmund”da oynamasına görə bu məsələdə qarışıq hisslər keçirdiyini etiraf edib.
“O, fantastik oyunçudur. Düşünürəm ki, Bundesliqanı qazanacaqlar, baxmayaraq ki, bu, qardaşıma görə məni bir az narahat edir. Onunla millidə oynamaq böyük şərəfdir, nə qədər yaxşı olduğunu dəfələrlə göstərib”, – deyə Bellinqem bildirib.
Görüş öncəsi ingiltərəli yarımmüdafiəçi rəqabətli açıqlaması ilə də diqqət çəkib:
“Ümid edirəm ki, sabah özünü göstərə bilməz və ya biz onu necə dayandıracağımızı biləcəyik.”
Qeyd: "Bayern - Real" matçı sabah saat 23:00-da başlayacaq. Qalib gələn Çempionlar Liqasının yarımfinalına yüksələcək. İlk matç 2:1 alman klubunun xeyrinə bitib.
© Copyright 2026, All Rights Reserved