"Beşiktaş" hücumçusu ilə sağollaşdı
İtalyan hücumçu Ciro Immobile "Beşiktaş"a vida etdi.
90plus.az xəbər verir ki, İtalyan futbolçusu Ciro Immobile "Beşiktaş"dakı bir illik macerasını başa vurub və ölkəsinə geri dönərək "Bolonya" klubuna transfer olub. "Beşiktaş" rəhbərliyi futbolçu ilə qarşılıqlı razılaşma əsasında müqaviləni ləğv edib.
Bir mövsüm ərzində 41 oyunda 19 qol və 4 məhsuldar ötürmə ilə komandasına böyük töhfə verən Immobile İstanbul klubuna sosial şəbəkədə vidalaşaraq, "Sağ ol Beşiktaş, sağ ol İstanbul. Birlikdə çox əyləndik və coşduq. Sizdən aldığım dəstək mənim üçün böyük motivasiya oldu. Mən və ailəm bizi evimizdə kimi hiss etdirdiyiniz üçün təşəkkür edirik. Hər şey üçün uğurlar diləyirəm" sözlərini paylaşıb.
Bu transfer həmçinin "Beşiktaş"ın heyətində yenilənmə prosesinin başlanğıcına işarə edir. Klub Immobile ilə yanaşı, başqa futbolçularla da müqavilələrini ləğv etməklə heyəti gəncləşdirməyi planlaşdırır.
© Copyright 2026, All Rights Reserved