"Beşiktaş" İtaliya millisinin üzvünə "elçi düşdü"
“Beşiktaş” daha bir legioner futbolçunun transferini gerçəkləşdirməyə çalışır.
90plus.az xəbər verir ki, “qara-ağlılar” “Napoli”nin müdafiəçisi Leonardo Spinazzola ilə maraqlanır.
32 yaşlı oyunçunun icarə əsasında komandaya cəlb olunması ehtimal edilir. Onun “Napoli” ilə müqaviləsi 30 iyun 2026-cı ilədək qüvvədədir.
İtaliya millisinin keçmiş üzvü karyerası ərzində “Yuventus”, “Empoli”, “Siena”, “Atalanta” və “Roma” kimi klubların formasını geyinib.
© Copyright 2026, All Rights Reserved