“Beşiktaş” Kayl Uolkerdən vaz keçdi
Kayl Uolker-Piters “Beşiktaş”ı gözlədib, “Vest Hem”lə danışıqlara oturdu.
90plus.az xəbər verir ki, “Beşiktaş”ın transfer gündəmində yer alan Kayl Uolker-Pitersin əslində başqa planları olduğu üzə çıxıb. "SporX"-in məlumatına görə, İngiltərəli müdafiəçi İstanbul klubundan əlavə vaxt istəsə də, paralel şəkildə “Vest Hem Yunayted”lə danışıqlara başlayıb.
27 yaşlı futbolçunun bu davranışı “Beşiktaş” rəhbərliyində narazılıq yaradıb və klubun transfer qərarına birbaşa təsir edib. "Qara-ağlar" Uolker-Pitersin vaxt istəməsini qərarsızlıq kimi qiymətləndirib və alternativlərə yönəlmək ehtimalını gücləndirib.
Hazırda “Sauthempton”la müqaviləsi davam edən və bir çox Premyer Liqa klubunun maraq dairəsində olan Uolker-Pitersin gələcək qərarı yaxın günlərdə bəlli olacaq.
© Copyright 2026, All Rights Reserved