“Beşiktaş” “Lester”dən futbolçu alır
“Beşiktaş” Ndidi üçün razılıq əldə etdi – qərar futbolçudadır.
90plus.az xəbər verir ki, “Beşiktaş” yay transfer pəncərəsində mərkəz xəttini gücləndirməyə daha bir addım atıb. İstanbul təmsilçisi “Lester Siti” klubunun yarımmüdafiəçisi Vilfred Ndidi üçün göndərdiyi 9.5 milyon avroluq təklif qəbul olunub.
Bu barədə britaniyalı jurnalist Ben Ceykobs məlumat yayıb. Onun sözlərinə görə, transferin baş tutması artıq yalnız futbolçunun qərarından asılıdır. Nigeriyalı oyunçunun masasında “Beşiktaş”la yanaşı, başqa təkliflər də var və o, bu variantları dəyərləndirir.
Qeyd: 27 yaşlı Ndidi 2017-ci ildən “Lester Siti”nin formasını geyinir və klubla müqaviləsi 2025-ci ilin yayında başa çatır.
© Copyright 2026, All Rights Reserved