“Beşiktaş” Temmi Abrahamı elan etdi
“Beşiktaş” “Roma”nın hücumçusu Temmi Abrahamla rəsmi müqavilə imzaladığını açıqlayıb.
90plus.az xəbər verir ki, transfer məbləği bonuslar daxil olmaqla 15 milyon avrodur.
27 yaşlı ingilis forvardı tibbi müayinədən keçmək üçün İstanbulda olub və 2029-cu ilə qədər müqavilə imzalayıb. O, ildə 5 milyon avro maaş alacaq. Bu transfer “Roma”nın Maliyyə Fair Play qaydalarına uyğunluğuna da kömək edir.
Abraham ötən mövsüm “Milan”da icarədə oynadığı müddətdə 10 qol vurmuşdu. O, David Yurasekdən sonra “Beşiktaş”ın ikinci transferi olaraq Super Liqada karyerasını yenidən dirçəltməyi hədəfləyir.
© Copyright 2026, All Rights Reserved