"Beşiktaş" "Zenit"in rus futbolçusuna göz dikdi
Rusiya yığmasının və “Zenit” klubunun futbolçusu Andrey Mostovoyun Türkiyə Superliqasına keçidi gündəmdədir.
90plu.az xəbər verir ki, Türkiyə mediasının məlumatına görə, “Beşiktaş” 27 yaşlı yarımmüdafiəçini heyətinə qatmaqda maraqlıdır.
Hazırda futbolçu ilə İstanbul təmsilçisi arasında danışıqlar aparılır. “Qara qartallar” danışıqlardan istədiyi nəticəni əldə etməsə, Mostovoyu ən azı bir mövsümlük icarəyə götürməyi planlaşdırır.
Təcrübəli futbolçunun “Zenit”lə müqaviləsi 2027-ci il iyunun 30-na kimi qüvvədədir. O, bu vaxta qədər “Dolqoprudnıy”, “Ximki” və “Soçi” komandalarında da çıxış edib.
© Copyright 2026, All Rights Reserved