“Beşiktaş”da ip də getdi, it də getdi
RƏSMİ: "Beşiktaş" Baxtiyor Zaynutdinovun "Dinamo Moskva"ya transfer olunduğunu rəsmi olaraq açıqladı.
90plus.az xəbər verir ki, Baxtiyor Zaynutdinovu “Dinamo Moskva”ya göndərən “Beşiktaş”da gözlənilməz hadisə baş verib. Keçən mövsümün qış fasiləsində transfer edilən futbolçu sosial şəbəkə hesablarından “Beşiktaş”la bağlı bütün paylaşımları silib və vida xarakterli paylaşım edib.Yeni mövsüm üçün heyət planlamasını davam etdirən “Beşiktaş” Zaynutdinovu bonusu ilə birlikdə “Dinamo Moskva”ya göndərib. Məhz bu ayrılıqdan sonra klub daxilində gözlənilməz bir hadisə yaşanıb.
Keçən qış transfer pəncərəsində komandaya qoşulan Keni Arroyo sosial şəbəkə hesabında şok addım atıb. 19 yaşlı ekvadorlu cinah oyunçusu “Beşiktaş”la bağlı bütün paylaşımlarını silib və bu da onun klubdan ayrılmağa hazırlaşdığı ehtimallarını gücləndirib.
© Copyright 2026, All Rights Reserved