"Beşiktaş"in döyünən ürəyinə pullu təklif
"Beşiktaş"ın legioneri Rafa Silvaya olan maraq artır.
90plus.az Türkiyə mediasına əsaslanaraq xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi ilə “Əl-Əhli” klubu maraqlanır.
Səudiyyə Ərəbistanı təmsilçisi mövsüm başa çatdıqdan sonra Rafanı heyətinə cəlb etməyə qərarlıdır. Artıq klub tərəfindən ilkin təklif təqdim olunub.
Silva özü də “Əl-Əhli”yə transfer olunmaq arzusundadır. Lakin təqdim olunan təklif "Beşiktaş"ı qane etməzsə, 31 yaşlı futbolçu karyerasını Türkiyədə davam etdirəcək.
Qeyd: Rafa 2024-cü ilin 1 iyul tarixində İstanbul klubuna transfer olunub və onun müqaviləsi 2027-ci ilin 30 iyun tarixinə qədər qüvvədədir. Portuqaliya yığmasının üzvü daha əvvəl “Feyrense”, “Braqa” və “Benfika” komandalarında çıxış edib.
© Copyright 2026, All Rights Reserved