“Çelsi” Xabi Alonsonu rəsmən açıqladı
“Çelsi”nin yeni baş məşqçisi rəsmən açıqlandı – Xabi Alonso ilə 4 illik müqavilə imzalandı.
90plus.az xəbər verir ki, "Çelsi" yeni baş məşqçisini rəsmən təqdim edib. Klubun yaydığı açıqlamaya əsasən, Xabi Alonso 1 iyul tarixindən etibarən London təmsilçisini çalışdıracaq.
İspaniyalı mütəxəssis “Çelsi” ilə 4 illik müqaviləyə imza atıb.
Alonso təyinatdan sonra ilk açıqlamasında bu sözləri deyib:
“Bu böyük klubun baş məşqçisi olmaq mənə sonsuz qürur verir.
Bizim məqsədimiz yüksək səviyyədə mütəmadi rəqabət apara bilən və titullar uğrunda mübarizə edən komanda qurmaqdır.
Komandada böyük istedad var və bu klubun böyük potensialı mövcuddur. Onlara rəhbərlik etmək mənim üçün şərəfdir.”
Qeyd: Alonso məşqçi karyerasındakı ən böyük uğurlarını "Bayer Leverkusen" ilə qazanıb.
O, Leverkuzen klubuna təyin olunduğu vaxt komanda Bundesliqada 16-cı pillədə qərarlaşmışdı. Lakin qısa müddətdə komandanı Avropanın ən güclü kollektivlərindən birinə çevirən Alonso klub tarixinə düşən nəticələr əldə edib.
İspaniyalı çalışdırıcının rəhbərliyi altında “Bayer Leverkuzen” aşağıdakı titulları qazanıb:
“Çelsi” rəhbərliyi ümid edir ki, Alonso London klubunda da oxşar uğurlu layihə formalaşdıracaq.
© Copyright 2026, All Rights Reserved