Ronaldolu “Əl Nəssr” finalda uduzdu
Yaponiyanın “Qamba Osaka” klubu tarix yazdı – Ronaldolu “Əl-Nəsr” finalda məğlub oldu.
90plus.az xəbər verir ki, "Qamba Osaka" tarixində ilk dəfə Asiya Çempionlar Liqası 2-nin qalibi olub.
Yaponiya təmsilçisi final görüşündə "Əl-Nəssr" üzərində qələbə qazanaraq turnirin kubokunu başı üzərinə qaldırıb. Bununla da Səudiyyə Ərəbistanı klubunun mövsümdə növbəti titul ümidi puça çıxıb.
Final matçı xüsusilə Kristiano Ronaldo üçün böyük məyusluqla yadda qalıb. Portuqaliyalı ulduz karyerasında növbəti kuboku qazanmaq şansını əldən verib.
Maraqlıdır ki, 2021-ci ildən bu yana Lionel Messi ilə Ronaldo arasındakı ümumi titul fərqi: Messinin 11, Ronaldonun isə 2 beynəlxalq kuboku olub.
Asiya Çempionlar Liqası 2-nin final məğlubiyyətindən sonra Ronaldo diqqət mərkəzinə başqa səbəbdən də düşüb. Təcrübəli hücumçu komandanın gümüş medal mərasimində iştirak etməyib.
Komandanı podiuma isə baş məşqçi Jorje Jezus və portuqaliyalı futbolçu Joop Féliks çıxarıb.
“Əl-Nəsr”in cari mövsümdə kubok qazanmaq üçün artıq son şansı qalıb. Klubun azarkeşləri isə komandanın mövsümü titulsuz başa vuracağından narahatdır.
© Copyright 2026, All Rights Reserved